Cümə axşamı, 12 iyul 2018 14:41

Stoltenberq: “Gürcüstan NATO üzvü olacaq”

Stoltenberq: “Gürcüstan NATO üzvü olacaq”

“Gürcüstan NATO-nun üzvü olacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.

Baş katib bildirib ki, NATO Gürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir: “NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır. Gürcüstan alyansın ən əsas tərəfdaşı və etibarlı dostudur”.

Y. Stoltenberq qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyünü alyansın üzvləri də dəstəkləyir: “Dünən alyansın üzvləri buna dəstək verdiklərini təsdiqlədilər. Biz Gürcüstanın NATO-ya üzvlüyə hazırlığı istiqamətində birgə çalışmağa davam edəcəyik”.

G. Marqvelaşvili isə Gürcüstanın NATO-ya üzvlüyü üçün bütün praktik alətlərin olduğunu deyib: “Gürcüstan NATO ilə əməkdaşlığın növbəti mərhələsinə keçməyə hazırdır”.

 

Şərh yaz


Məxfi kod
Yenilə