Çərşənbə, 11 iyul 2018 14:42

Ukrayna-Rusiya müharibəsi... - Şoyqu

Ukrayna-Rusiya müharibəsi... - Şoyqu

Ukrayna və Rusiya arasında birbaşa toqquşma mümkünsüzdür.

 Axar.az xəbər verir ki, bunu İtaliyanın “İl Giornale” qəzetinə müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

 “Bizim ümumi köklərimiz var. Uzun əsrlər bir yerdə ağır sınaqlardan çıxmışıq və çiyin-çiyinə İkinci Dünya müharibəsində vuruşmuşuq”, – deyə o bildirib.

 O, ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsinin əsas səbəbinin ABŞ elitası olduğunu deyib:

 “Onların fikrincə, dünya iki yerə - amerikalılar və doğru olmayanlara bölünür. Onlar deyirlər ki, hər şey guya bizim aqressiv fəaliyyətimiz ucbatından yaranır. Münasibətlərimizdəki bu gərginliyi ABŞ elitası yaradıb”.

Şərh yaz


Məxfi kod
Yenilə