Çərşənbə axşamı, 19 June 2018 16:52

Kiyevdə etiraz mitinqi olub, iki polis əməkdaşı xəsarət alıb

Kiyevdə etiraz mitinqi olub, iki polis əməkdaşı xəsarət alıb

Ukrayna parlamentinin binası qarşısında veteranlar və şaxtaçıların mtinqi aksiyaçılarla polis arasında toqquşma nəticəsində iki asayiş keşikçisi xəsarət alıb.

 “Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İŞlər Nazirliyindən bildiriblər.

İnformasiyaya əsasən, mitinq iştirakçılarından biri saxlanılıb.

Məlumata görə, iyunun 19-da 2 minə yaxın veteranlar təşkilatı təmsilçiləri və şaxtaçılar Kiyevin Konstitusiya meydanında güzəştlərinin saxlanılmasını tələb ediblər. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma olub.

Şərh yaz


Məxfi kod
Yenilə