Çərşənbə axşamı, 19 June 2018 13:49

Rusiya: Əfqanıstanda atəşkəs İŞİD-ə şamil olmamalıdır

Rusiya: Əfqanıstanda atəşkəs İŞİD-ə şamil olmamalıdır

Rusiya xarici işlər nazirliyi dünən gecə bir bəyanatda İŞİD terror qrupunun Əfqanıstandakı fəaliyyətinin genişlənməsindən nigarançılıq edərək, bildirib ki, Əfqanıstanda atəşkəs İŞİD-ə şamil olmamalıdır.

Rusiya xarici işlər nazirliyi bu bəyanatda atəşkəsin Əfqanıstan prezidenti Mohəmməd Əşrəf Qəni tərəfindən uzadılmasını alqışlayıb. Ümid etdiyini bildirib ki, Kabilin yeni təşəbbüsü bu ölkədə sülh danışıqları və milli saziş prosesinin başlanmasına kömək edə biləcək.

Əfqanıstan hökuməti çərşənbə günü başa çatan Taliban ilə atəşkəsi daha on gün müddətinə uzatdı.

Mohəmməd Əşrəf Qəni cümə günü səadətli Fitr bayramı namazının qılınmasından sonra Taliban qrupu ilə elan olunmuş atəşkəsi uzadaraq, bir daha bu qrupu sülhə çağırdı və dedi ki, əfqanlararası dialoqa hazırdır.

Digər tərəfdən, Taliban Fitr bayramı münasibətilə elan olunmuş atəşkəsdən üç gün sonra  dünən səhər tezdən əfqan təhlükəsizlik qüvvələrinin Hilmənd, Qəzney, Zabol və Fərah vilayətlərindəki mövqelərinə qarşı hücumlarını bərpa etdi. Nəticədə azı iki əfqan polis öldürüldü.

Şərh yaz


Məxfi kod
Yenilə