Bazar ertəsi, 18 June 2018 22:39

Rusiya və Səudiyyə rejimi OPEK müqaviləsini uzatmağa qərar verib

Rusiya və Səudiyyə rejimi OPEK müqaviləsini uzatmağa qərar verib

Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın neftin hasilatını nəzarət altına almaq istiqamətində mühüm qərar verdiklərini bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Novak, FİFA 2018 dünya çempionatı çərçivəsində Rusiya ilə Səudiyyə rejimi arasında iyunun 14-ü keçirilən matç üçün Moskvada olan şahzadə Salman ilə Putin arasında tarixi bir qərarın qəbul edildiyini söyləyib.

 “Putin və şahzadə Salman ölkələrimiz arasındakı OPEC+ (OPEK üzvü olmayan ölkələr) əməkdaşlıq müqaviləsini müddətsiz olaraq uzatmağı dəstəkləməklə bağlı qərar verdilər”, - deyə Novak bildirib.

Məsələnin Avstriyanın paytaxtı Vyanada 23 iyunda müzakirə edilməsinin planlaşdırıldığını qeyd edən Novak, belə danışıb: “Müqaviləyə aidiyyatı olan tərəflər də əməkdaşlığı uzatmaq üçün razılıqlarını əvvəlcədən bildirmişdilər”.

Novak uzadılan müqavilədə müəyyən bir neft hasilatı həcminin olmayacağını da söyləyib və bu müqavilənin böyük ehtimalla tərəflərə zəruri olacağı təqdirə neft hasilatının həcmini dəyişdirmək üçün qərar vermək imkanını da tanıyacağını qeyd edib.

Novak Rusiya ilə Səudiyyə rejiminin müqavilənin digər tərəflərə ilin üçüncü rübündə hasilatı gündə 1.5 milyon barrelə qaldırmağı təklif edəcəyini də vurğulayıb.

 

Şərh yaz


Məxfi kod
Yenilə