Çərşənbə, 13 June 2018 17:01

Rusiya Kim-Tramp sammitində iblisin gizləndiyini deyir

Rusiya Kim-Tramp sammitində iblisin gizləndiyini deyir

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq arasındakı sammitinin nəticələrini müsbət qiymətləndirdiklərini, ancaq iblisin ətrafda gizləndiyini bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Ryabkov açıqlamasında belə deyib: “İrəliyə doğru mühüm bir addım atılmasından məmnun olmamaq mümkün deyil. Ancaq iblis, detallarda gizlənir və müqavilələri konkret olaraq görməyimiz lazımdır. Ancaq başa düşdüyümüz qədərilə prosesə təkan verilib”.

Ryabkov, həmçinin Rusiya olaraq Koreya yarımadasında həll üçün (Şimali Koreya, Cənubi Koreya, Rusiya, Çin, Yaponiya və ABŞ-ın iştirak etdiyi) altılıq müzakirə formatının yenidən tələb olunmasını və bunun konkret nəticələrin əldə olunmasına töhfə verməsini gözlədiklərini də bildirib: “Çinli dostlarımız və altılıq danışıqlarındakı digər tərəflərlə birlikdə bu formatın yenidən tələb olunacağı anın gələcəyini və nəticə üçün işləməyə davam edəcəyimizi düşünürük”.

Şərh yaz


Məxfi kod
Yenilə