Çərşənbə axşamı, 12 June 2018 20:25

Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək

Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək

Rusiya xarici işlər nazirinin müavini Moskvanın ABŞ-ın sanksiyalarını cavabsız qoymayacağını deyib.

Sputnik bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çərşənbə axşamı Moskvanın ABŞ-ın sanksiyalarını cavabsız qoymayacağını deyib.

Ryabkov deyib: Moskva anti-Rusiya siyasətlərdə yer alan, aqressiv davranan və Rusiy ilə ABŞ arasındakı əlaqələrin normallaşmasını hədəf alan amerikalılara sanksiya tətbiq edəcək.

Rusiya xarici işlər nazirinin müavini həmçinin, Moskvanın öz siyasi kursunu qətiyyətlə davam etdirəcəyini vurğulayıb və deyib: Moskva ABŞ-ın sanksiyalarını iqtisadi inkişaf üçün yeni motiv hesab edir və iqtisadi inkişafın Tramp hökumətinin qeyri-qanuni sanksiyalarına ən yaxşı cavab olduğunu düşünür.

Şərh yaz


Məxfi kod
Yenilə