Cümə, 25 May 2018 12:49

Ukraynada deputat cangüdənin gözü qarşısında güllələndi

Ukraynada deputat cangüdənin gözü qarşısında güllələndi

Ukraynanın Çerkassı şəhərində “Batkivşina” partiyasının ofisinə silahlı hücum olub.

 Ren.TV xəbər verir ki, silahlı insident nəticəsində partiyanın deputatı Serqey Qura həlak olub.

Deputatın cangüdəni travmatik tapançadan cavab atəşi açmağa çalışsa da, silahlı şəxs əl qumbarası çıxarıb və onu partladacağı ilə hədələyib.

Mühafizəçinin sözlərinə görə, silahlı şəxs Quranın baş və sinə nayihəsinə iki atəş açıb.

Hadisənin təfərrüatı araşdırılır.

Şərh yaz


Məxfi kod
Yenilə