Çərşənbə, 23 May 2018 19:03

Moskva: Amerikanın iranlı qüvvələrin Suriyadan çıxmalarını istəməsi qanunsuzdur

Moskva: Amerikanın iranlı qüvvələrin Suriyadan çıxmalarını istəməsi qanunsuzdur

Rusiya dövləti vurğulayıb ki, Amerikanın iranlı qüvvələrin Suriyadan çıxmalarını istəməsi qanunsuzdur.

Rusiyanın Vyanada yerləşən beynəlxalq orqanlardakı nümayəndəsi Mixail Ulyanov deyib ki, Amerikanın iranlı qüvvələrin Suriyadan geri çəkilmələri və oradan çıxmalarını istəməsi qanunsuzdur.

Ulyanov əlavə edib: Okeanın o tayında yerləşən Amerika bu cür tələblər irəli sürmək istəmək üçün heç bir əsasa malik deyil.

Ulyanov bundan öncə də ABŞ-ın dövlət katibi Mayk Pompeonun anti-İran çıxışını məsuliyyətsiz və ağılsız çıxış adlandıraraq vurğulamışdı ki, bu tələblər o qədər röyavari şəkildə və məlumatsızlıq üzündən irəli sürülübdür ki, onların üstündə razılıq üçün heç bir perspektiv mövcud deyildir.

Ulyanov İranın nüvə anlaşmasındakı öhdəliklərinə tam sadiq qaldığını bildirərək, deyibdir ki, öz öhdəliklərini aşkar şəkildə pozan ölkə, İran yox, Amerikadır.

Mayk Pompeo bazar ertəsi günü Amerikanın İrana qarşı təkrar və əsassız ittihamları ilə dolu çıxışında 12 şərt irəli sürərək, Vaşinqtonun nüvə anlaşmasından çıxmasından sonrakı yeni strategiyasını elan etdi.

Şərh yaz


Məxfi kod
Yenilə