Çərşənbə, 23 May 2018 16:55

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Tərəflər münaqişənin ATƏT-in Minsk qrup həmsədrlərinin vasitəçiliyi çərçivəsində sülh yolu həllinə dair fikir mübadiləsi aparıblar. S. Lavrov bu vəzifəyə yeni təyin olunmuş həmkarını yaxın zamanlarda Moskvaya rəsmi səfərə dəvət edib.

Şərh yaz


Məxfi kod
Yenilə