Çərşənbə, 23 May 2018 14:48

Aksiyaları dərhal dayandırın: Paşinyan xalqdan xahiş etdi

Aksiyaları dərhal dayandırın: Paşinyan xalqdan xahiş etdi

İrəvandakı vətəndaş itaətsizliyi aksiyaları sabotajdır.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb. Onun sözlərinə görə, bəzi vətəndaşlar vətəndaş itaətsizliyinə son qoyulması ilə bağlı edilən çağırışlara lazımı qaydada reaksiya vermir:

 “Əziz həmvətənlərim, bir daha xahiş edirəm, çağırıram və tələb edirəm ki, bütün vətəndaş itaətsizliyi aksiyalarını heç bir istisna olmadan dayandırasınız. Xalqın etimadını qazanan hökumətə qarşı vətəndaş itaətsizliyi aksiyaları öz-özünə qarşı etiraz və ya sabotaj deməkdir. Əgər bu sabotaj deyilsə, o zaman bütün aksiyalar dayanmalıdır”.

Şərh yaz


Məxfi kod
Yenilə