Cümə axşamı, 26 Aprel 2018 14:56

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix açıqlandı

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix açıqlandı

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix açıqlanıb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin skiperi Ara Babloyan məlumat verib. Onun sözlərinə görə, yeni baş nazirin kimliyi mayın 1-də parlamentin xüsusi iclasında müzakirəyə çıxarılacaq.

 Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarkisyan aprelin 23-də istefa verib. Hazırda təkcə “Elk” müxalifət fraksiyası öz namizədini – etiraz aksiyalarının təşkilatıçısı Nikol Paşinyanın adını irəli sürüb.

Şərh yaz


Məxfi kod
Yenilə