Çərşənbə, 25 Aprel 2018 23:57

Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirəcək

Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirəcək

Aprelin 26-da Ermənistanda etiraz aksiyaları davam etdiriləcək.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İrəvanda keçirilən mitinqdə “Vətəndaş sazişi” partiyasının lideri Nikol Paşinyan bildirib.

O, ölkə vətəndaşlarını tətilə, tələbələri isə təhsil ocaqlarına getməməyə çağırıb: “Bir addım qalıb – biz bu məsələni bitirəcəyik”. N.Paşinyan bildirib ki, sabah etirazçılar tərəfindən ölkə ərazisində yolların, körpülərin blokadaya alınması davam edəcək.

Qeyd edək ki, bu gün Ermənistanda "Daşnaksütyun" partiyası hakim koalisiyadan çıxıb, ölkənin idman və gənclərlə iş üzrə naziri istefa verib, etirazçılar isə N.Paşinyanı baş nazir seçməyi tələb ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə