Şənbə, 21 Aprel 2018 19:34

Ermənistanda etiraz aksiyaları səngimir

Ermənistanda etiraz aksiyaları səngimir

Ermənistan artıq bir neçə gündür ki, eks-prezident Serj Sarkistanın baş nazir seçilməsinə etiraz olaraq aksiyaların şahididir.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, narazı xalq kütləsi Serj Sarkisyanın 10 prezidentlik etdiyini və sonra da siyasi quruluşa dəyişiklik edərək, yenidən daha artıq səlahiyyətlər ilə baş nazirlik postuna yiyələnməsinə etiraz edərək, onun iqtidardan getməsini istəyir.

Etiraz aksiyaları paytaxt küçələrində avtomobillərin hərəkətində problem yaradıb, tıxaclar yaranıb. 

Ermənistan polisi və təhlükəsizlik qüvvələri etiraz aksiyalarının səkkizinci günündə 230 nəfəri həbs edib.

Serj Sarkistan 2008-2018-ci illərdə Ermənistan prezidenti olub. 17 apreldə isə parlamentdə çoxluqda olan partiyası tərəfindən baş nazir seçilib.

Daha öncə Ermənistanda keçirilən referendumda ölkənin siyasi quruluşu prezident üsul idarəsindən parlament üsul idarəsinə keçib və indi baş nazir prezidentdən daha çox səlahiyyətlərə malikdir.

Şərh yaz


Məxfi kod
Yenilə