Cümə, 20 Aprel 2018 14:01

Lavrov ABŞ rəsmilərinin Rusiya ilə əlaqələrdə gərginlik yaratmalarını tənqid edib

Lavrov ABŞ rəsmilərinin Rusiya ilə əlaqələrdə gərginlik yaratmalarını tənqid edib

Rusiyanın xarici işlər naziri ABŞ rəsmilərinin Rusiya ilə əlaqələrdə gərginlik yaratmalarını tənqid edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ria-Novosti ilə müsahibədə Amerika prezidentinin öz rus həmkarı ilə görüşmək marağına işarə edib. 

O, deyib: Rusiya prezidenti də belə bir görüşə hazırdır.

Lavrov bəzi amerikalı rəsmilərin öz məqsədlərinə çatmaq üçün Vaşinqton ilə Moskva arasındakı gərginliyi artırdıqlarını bəyan edib. 

O, deyib: Bununla belə, Amerikanın hərbi rəsmiləri iki ölkənin birbaşa hərbi qarşıdurması ilə nəticələnəcək hərəkətlərin qəbuledilməz olduğunu dərk edirlər.

Rusiyanın xarici işlər naziri həmçinin deyib: Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı raket hücumundan sonra Rusiya daha S-300-ün Suriyaya satılması yolunda heç bir öhdəlik və maneə görmür.

Lavrov habelə deyib: Bəzi xarici oyunçular Kimyəvi Silahların Qadağanı üzrə Təşkilatın müfəttişlərinin Suriyadakı fəaliyyətini pozmağa və onların Duma şəhərində fəaliyət göstərmələrinə mane olmağa çalışırlar.

Şərh yaz


Məxfi kod
Yenilə