Bazar, 15 Aprel 2018 15:44

Makron Rusiyaya gedir – Putinin dəvəti

Makron Rusiyaya gedir – Putinin dəvəti

Fransa Prezidenti Emmanuel Makron mayın sonunda Rusiyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Fransanın BFMTV televiziyasına müsahibəsində ölkənin Xarici İşlər naziri Jan İv Le Drian deyib. Onun sözlərinə görə, ABŞ, Britaniya və Fransanın Suriyaya endirdikləri raket zərbələri planlaşdırılan səfərə maneə yaratmayacaq.

Qeyd edək ki, Makron bundan öncə Rusiya prezidentindən Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət alıb. Forumun mayın 24-də keçirilməsi planlaşdırılır.

Şərh yaz


Məxfi kod
Yenilə