Şənbə, 14 Aprel 2018 14:56

Putin: ABŞ-ın hərəkəti Suriyada insani faciəni artırır

Putin: ABŞ-ın hərəkəti Suriyada insani faciəni artırır

Rusiya prezidenti Vladimir Putin Suriyaya hücumu, müstəqil və suverin bir ölkəyə açıq-aşkar hərbi təcavüz adlandırıb.

Putin deyib: Vaşinqton və onun müttəfiqlərinin Suriyada hərbi və mülki təsisatlara qarşı hücumu Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin pozulması deməkdir. Amerikanın hərəkətləri Suriyada insani faciənin daha da gərginləşməsinə səbəb olacaq. 

Putin deyib: Suriya məsələsində hazırkı gərginlik bütün beynəlxalq əlaqələrə dağıdıcı təsirə malikdir.

Rusiya prezidenti deyib: Bəzi qərb ölkələri kimyəvi mövzuda faktaraşdırıcı komitənin göndərilməsinə qeyri-ciddi yanaşır və bu komitənin fəaliyyətinin nəticəsini gözləmədən hərəkətə keçdilər. 

Şərh yaz


Məxfi kod
Yenilə