Bazar, 18 Mart 2018 15:54

Rusiyada prezident seçkilərinə start verildi

Rusiyada prezident seçkilərinə start verildi

Rusiyada 2018-ci il prezident seçkilərinə iki federal bölgədə iki seçki məntəqəsinin bu gün səhərdən fəaliyyətə başlaması ilə rəsmən start verilib.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, seçkilərə bazar günü yerli vaxtla səhər saat 8-də Kamçatka və Çukotka bölgələrində start verilib. 

Rusiyanın növbəti prezident seçkilərində hazırkı prezident Vladirmir Putin ilə bərabər 7 başqa namizəd rəqabət aparacaq. 

Bu seçkilərdə Vladimir Putinin rəqibləri Paverl Qrodinin, Vladimir Jirinovski, Sergey Baburin, Qriqori Yevlineski, Buris Titov,Maksim Srikin və Ksniya Sabçakdan ibarətdirlər. 

Son rəy sorğularına görə Vladimir Putin seçkilərdə qalib gəlmək üçün daha böyük şansa malikdir. 

Rusiyada prezident 6 il müddəti üçün seçilir. 

Rusiyada növbəti prezident seçkilərinə ictimai-milli nəzarət çərçivəsində 30 min nəfər nəzarət edəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə