Cümə, 16 Mart 2018 15:33

Lavrov: “Skripal işi Rusiyada dünya çempionatının qarşısını almaq üçündür”

Lavrov: “Skripal işi Rusiyada dünya çempionatının qarşısını almaq üçündür”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-2018 futbol üzrə dünya çempionatının qarşısını almaq bəhanəsini axtaranların sabiq rusiyalı agent Sergey Skripalı zəhərləmək istəyinin olduğunu bildirib.

" RİA Novosti" xəbər verir ki, Lavrov açıqlamasında belə deyib: “Dopinq və digər məsələlərdən sonra, FİFA dünya kubokunun həyata keçirməsini çətinləşdirmək üçün yeni bəhanə axtaranlar, o cümlədən bizə təzyiq göstərməyə davam edənlərin bu işdə istəyi var”.

Lavrov, həmçinin Skripalın zəhərlənməsi hadisəsində Rusiyanı ittiham edən Qərb siyasətçilərinin xəstə və sapqın məntiqə malik olduğunu deyib: “Rusiyanın prezident seçkiləri və FİFA dünya kuboku ərəfəsində qəflətən özünə problem yaratmağa qərar verdiyini başqa kim ehtimal verə bilərdi? Rusiyanın belə bir istəyi yoxdur”.

Şərh yaz


Məxfi kod
Yenilə