Çərşənbə axşamı, 13 Mart 2018 16:51

Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Britaniyanın Moskvadakı səfiri Lori Bristou Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

 “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Martın 12-də Britaniyanın baş naziri Tereza Mey Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yulianın zəhərlənməsində Moskvanı ittiham edib.

 

Bundan bir müddət əvvəl isə Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, martın 4-də Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı zəhərlənib. Bu hadisədə xəsarət alanların sayı 20 nəfəri ötüb. Hazırda xəstəxanada Skripal, onun qızı Yuliya və polis zabiti müalicələrini davam etdirirlər.

Şərh yaz


Məxfi kod
Yenilə