Bazar ertəsi, 12 Mart 2018 23:57

Regionun parçalanmasının qarşısının alınması müqavimət mehvərinin ən mühüm hədəfidir

Regionun parçalanmasının qarşısının alınması müqavimət mehvərinin ən mühüm hədəfidir

Livanın keçmiş xarici işlər naziri deyib: Müqavimət mehvərinin hazırkı dövrdəki ən mühüm hədəfi, Amerikanın və sionist rejimin regionun parçalanması üzrə planının reallaşmasının qarşısının alınmasıdır.

Livanın keçmiş xarici işlər naziri Ədnan Mənsur bu gün IRNA ilə müsahibədə deyib: Müqavimət mehvəri regiona qarşı xarici planı uğursuz qoya və terror qruplarının böyük bir hissəsinə qalib gələ bildi.

Ədnan Mənsur müqavimət mehvərinin Qərb, sionist rejim və onların şəriklərinin mehvərləri qarşısındakı müqavimətinə toxunaraq, vurğulayıb: Nə qədər ki, sionist rejim mövcuddur, region istiqlal, sabitlik və təhlükəsizlikdən bəhrələnməyəcəkdir.

Livanın keçmiş xarici işlər naziri əlavə edib: Sionistlər və terror qrupları regionun parçalanmasının, eləcə də təəssüblü, tayfa, məzhəbi və etnik rejimlərin təşkilinin ardıncadırlar ki, müqavimət mehvərinin yaradılması bu vəziyyətə bir cavabdır.

Ədnan Mənsur İranın regiondakı güclü iştirakını vurğulayaraq, deyib: Terrorçuların xətəri bütün region ölkələrini hədələyərkən İran region dövlətlərinin terrorizmlə mübarizə üzrə istəyilə meydana girdi.

Şərh yaz


Məxfi kod
Yenilə