Bazar ertəsi, 12 Mart 2018 23:56

Rusiyada "Daha çox övlad-daha yaxşı gələcək!" şüarı

Rusiyada "Daha çox övlad-daha yaxşı gələcək!" şüarı

Rusiyanın iqtisadi və sosial analitikləri əhalinin sayının ciddi şəkildə azalması kimi nigaranedici durumu ötən onilliklərdəki yanlış siyasətlərin nəticəsi hesab edirlər. Bu məsələ Rusiyada gənc qüvvənin azalmasına bais olaraq, iqtisadi inkişafı təhlükəyə salıbdır.

Bu körpənin yaşı, bir neçə dəqiqədir. Onun dünyaya gəlməsi təkcə ailəsi üçün deyil, həm də illər boyu dünyaya çoxlu sayda gözlərin açılmasına çalışan kəslər üçün xoş bir xəbər sayılır. Xüsusən ona görə ki, bu körpə əhalinin azalması təhlükəsinin real bir təhdid olduğu Rusiya kimi bir ölkədə dünyaya gəlmiş olsun. Bu təhlükənin nə qədər ciddi olduğunu və Rusiya dövlətinin  əhali artımı üçün hansı proqramlar həyata keçirdiyini bilmək üçün Rusiya Demoqrafiya İnstitutunun direktoruna müraciət etdik.

Yuri Krupnov, Rusiya Demoqrafiya İnstitutunun direktoru: Rusiyada əhalinin azalması təhlükəsi son dərəcə ciddidir. Putin bu təhlükəni dərk edərək, 2001-ci ildən əhalinin artırılması üzrə təşviqat siyasətlərinə  başlayıb və müəyyən qədər müvəffəq olubdur. Hər bir körpənin dünyaya gəlməsindən sonra hər bir övlada hədiyyələr verilir. Ailələrə pulsuz səhiyyə və müalicə imkanları yaradılır və qadınlara doğuş üzrə məzuniyyət müddəti uzadılır. 

Dünyada əhalinin nəzarətə alınması siyasəti amerikalıların ideyasıdır və son dərəcə təhlükəlidir. Kütləvi qırğın kimi bir şeydir. Dünya bu amerikan ideologiyanın qarşısında dayanmalıdır. Onlar elə bir halda digər ölkələrə daha az övlad siyasətini tətbiq edirlər ki, özləri üçdən beşədək uşağa malikdirlər.

Rusiya SSRİ-nin dağılmasından sonra on yeddi milyon kvadratmetrdən çox bir ərazi ilə hələ də dünyanın ən böyük ölkəsidir. 2017-ci ildə aparılmış son siyahıyaalmaya əsasən, təqribən 146 milyon nəfərlik əhali ilə dünyada ən az sıxlığa malik ölkələrdən biri sayılır.

Məsul şəxs: Əhalinin artırılması siyasəti davam etməlidir, zira ölkənin gələcəyi və iqtisadi inkişafı, xüsusən Rusiyaya qarşı zalımcasına sanksiyaların tətbiq edildiyi bir şəraitdə əhali artımı ilə birbaşa əlaqədədir.

İndi də Rusiya Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı üzrə Mərkəzi Təşkilatına baş çəkiriki ki, bir neçə illik səylərin nəticəsindən xəbərdar olaq.

Məsul şəxs: Təəssüflə, bütün göstərilmiş səylərə rəğmən, 2017-ci ildə ölüm halları doğum hallarından səkkiz faiz çox olubdur. Bu, o deməkdir ki, Rusiya əhalisi ötən il ilə müqayisədə nəinki artmayıb, əksinə 200 min nəfər də azalıbdır.

Moskvadakı ən qədim doğuş evlərindən birində şüarı "dörd övlad- daha şad həyat" olan bir ailə ilə görüşürük.

Qadın: Mən dörd uşaq anasıyam və hamıya dörd uşaq tövsiyə edirəm. 

Qadın: Bu, bizim ikinci uşağımızdır və son dərəcə sevinirik.

Rusiya Federasiyası bu ölkə əhalisinin sayını artırmağı üzərinə öhdəlik götürüb. Kilsə başçılarından tutmuş dövlət, parlament və xalq təşkilatlarınadək bütün orqanlar əl-ələ veriblər ki, iqtisadiyyata yardım etmək və bu ölkənin gələcəyinə zəmanət vermək üçün "Daha çox övlad-daha yaxşı gələcək!" şüarını reallaşdırmış olsunlar.

Şərh yaz


Məxfi kod
Yenilə