Bazar ertəsi, 12 Mart 2018 19:42

Putin: Krımı heç vaxt Ukraynaya qaytarmayacağıq

Putin: Krımı heç vaxt Ukraynaya qaytarmayacağıq

Rusiya prezidenti bildirib ki, bu ölkə Krımı heç vaxt Ukraynaya qaytarmayacaqdır.

Rusiya prezidenti Vladimir Putin "Rossiya-1" telekanalı ilə müsahibədə deyib: Rusiya Krım yarımadasını heç bir şəraitdə Ukraynaya qaytarmayacaq və bu, mümkün olan iş deyildir.

Rusiya prezidenti əlavə edib: Krımın təhvili üçün bir yol yoxdur və heç vaxt da belə bir ehtimal yaranmayacaqdır.

Putinin sözləri Rusiya prezident seçkilərindən bir həftə öncə və bir müsahibədə söylənibdir.

Belə bir şəraitdə Avropa Birliyi Ukraynanın şərqindəki olaylar və Krım yarımadası ilə bağlı Moskvaya qarşı sanksiyalar tətbiq edibdir.

Krım yarımadası 2014-cü ildə referendumun keçirilməsindən sonra birtərəfli şəkildə Ukraynadan ayrıldığını və Rusiyaya qatılmaq istədiyini bildirdi ki, Rusiya başçıları onun bu ölkəyə qatılması müqaviləsinin imzalanmasını təsdiq etdilər.

Şərh yaz


Məxfi kod
Yenilə