Bazar ertəsi, 12 Mart 2018 16:12

Köçəryan Sərkisyanın andiçməsinə gəlməkdən imtina etdi

Köçəryan Sərkisyanın andiçməsinə gəlməkdən imtina etdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan yeni prezident Armen Sərkisyanın inauqurasiyası mərasimində iştirakdan imtina edib.

Axar.az xəbər verir ki, bunu “2rd.am” saytına açıqlamasında Köçəryanın mətbuat katibi Viktor Soqomonyan söyləyib. Onun sözlərinə görə, Köçəryan inauqurasiya mərasimi zamanı xaricdə olacaq.

O, Köçəryanın hara gedəcəyini açıqlamayıb.

Qeyd edək ki, inauqurasiya mərasimi aprelin 9-da keçiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə