Bazar, 18 Fevral 2018 20:00

Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.

 “Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib.

 

***

18:32

 Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

 

Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. 

Şərh yaz


Məxfi kod
Yenilə