Şənbə, 17 Fevral 2018 18:50

Rusiyadan Poroşenkoya cavab: Arzun gözündə qalacaq...

Rusiyadan Poroşenkoya cavab: Arzun gözündə qalacaq...

Poroşenkonun Rusiya bayrağına qadağa çağırışına Rusiyadan cavab gəlib.

 

Axar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Xarici İşlər Komitəsinin sədr müavini Vladimir Cabarov Poroşenkonun çağırışının böyük Avropa dövlətinin liderinə layiq olmadığını deyib:

 

“Poroşenko istəyir ki, dünya xəritəsində ümumiyyətlə Rusiya sözü olmasın. Lakin xoşbəxtlikdən onun bu arzusu yerinə yetməyəcək. Artıq Avropa da başa düşür ki, onlar ölkəni dalana aparan hakimiyyəti dəstəkləyiblər”.

 

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna Prezidenti Pyotr Poroşenko müasir siyasətdə Moskvanın dürüst oynamadığını deyərək, Rusiya bayrağına qadağa qoyulması çağırışını edib.

 

Şərh yaz


Məxfi kod
Yenilə