Şənbə, 17 Fevral 2018 14:42

Lavrov: “ABŞ Suriyanın böyük bir hissəsini ayırmaq istəyir”

Lavrov: “ABŞ Suriyanın böyük bir hissəsini ayırmaq istəyir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın Suriyanın böyük bir qismini ölkənin geri qalanından ayırmaq və burada kürdlərin dəstəyilə muxtariyyət qurmaq istədiyini söyləyib.

Deyerler.org xəbər verir ki, Lavrov Euronews-a verdiyi açıqlamasında belə bildirib: “ABŞ-ın silahlı qüvvələri Suriyada daimi qalmaq kimi bir strategiyasının olduğu başa düşülür. Əvvəllər verilən bütün sözlərin əksinə olaraq, İraq və Əfqanıstanda da eyni şeyi etmək istəyirlər. Suriyada daimi olaraq yerləşmiş olaraq, indidən ölkənin böyük bir hissəsini geri qalanından ayırmaq üçün işlər görürlər. Bunu Suriyanın ərazi bütövlüyünü, suverenliyini pozmaq hesabına edirlər. Orada dövlətə bənzər idarəetmə orqanları yaradır, kürdlərə güvənərək, orada hər cür yolu istifadə edərək, muxtariyyət yaratmağa çalışırlar”.

Lavrov, ABŞ-ın Suriyaya Dəməşqin icazəsi və BMT Təhlükəsizlik Şurası tərəfindən verilmiş bir səlahiyyət olmadan qüvvələrini göndərdiyini vurgulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə