Cümə, 16 Fevral 2018 23:53

Münhendə Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü olub

Münhendə Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü olub

Almaniyanın Münhen şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna XİN rəhbəri Pavel Klimkin arasında görüş keçirilib.

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir. Bu, nazirlər arasında son üç ay ərzində keçirilən sayca ikinci görüşdür.

Məlumata görə, söhbət zamanı Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması, Minsk razılaşmalarının yerinə yetirilməsi məsələləri, həmçinin BMT-nın Ukraynada rolu müzakirə olunub.

Qeyd edək ki, bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Şərh yaz


Məxfi kod
Yenilə