Cümə axşamı, 15 Fevral 2018 15:37

Putin ilə Kral Salman telefonla danışıblar

Putin ilə Kral Salman telefonla danışıblar

Rusiyanın prezidenti Vladimir Putin ilə Səudiyyə rejiminin kralı Salman bin Əbdüləziz, telefonda Suriya və Fars körfəzində baş verən son prosesləri qiymətləndirib.

 

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Kremlin mətbuat mərkəzi bu barədə açıqlamasında qeyd edib: “Telefon danışığında kral Salman Qətər və bəzi ölkələrlə münasibətlərə toxundu, prezident Putin isə, regiondakı böhranın vəziyyətinin terrora qarşı verilən birgə mübarizəyə və Yaxın Şərqin sabitliyinə fayda vermədiyini vurğuladı”.

 

Bəyanatda, həmçinin Putin və kral Salmanın enerji, hərbi-texniki və ticarət sahələrində Rusiya və Səudiyyə rejiminin arasındakı əməkdaşlığı artıraraq davam etməsi məsələsində də həmfikir olduqları vurğulanıb.

Şərh yaz


Məxfi kod
Yenilə