Bazar ertəsi, 12 Fevral 2018 19:53

Mixeil Saakaşvili Polşaya uçub

Mixeil Saakaşvili Polşaya uçub

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, M.Saakaşvili yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub.

Məlumata görə, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

Şərh yaz


Məxfi kod
Yenilə