Bazar ertəsi, 12 Fevral 2018 15:53

Ermənistan əhalisi azalır

Ermənistan əhalisi azalır

Ermənistan əhalisinin sayı azalır.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Milli Statistika Xidmətinin 2017-ci ilin yekunlarına dair hesabatında göstərilir.

Bildirilir ki, 2018-ci ilin 1 yanvarına olan nəticəyə görə, Ermənistanda əhalinin sayı 2 milyon 972,9 min nəfər olub. 2017-ci ilin 1 yanvarı ilə müqayisədə əhalinin sayı 13,2 min nəfər azalıb.

Hesabata əsasən, əhali arasında təbii artımın tempi də azalıb.

Əgər 2015-ci ildə bu rəqəm 13885 nəfər idisə, 2017-ci ildə bu göstərici 10332 nəfərə düşüb. Bununla yanaşı, ölkədə nikahların və doğumun sayı da azalıb. 2015-ci ildə Ermənistanda 41736 nəfər doğulmuşdusa, 2017-ci ildə bu rəqəm 37699 nəfər olub.

 “Tsarukyan” fraksiyasının deputatı Naira Zoqrabyan “news.am”a müsahibəsində ölkədə iqtisadi sahədə ciddi geriləmə olduğunu deyib.

O bildirib ki, 2017-ci ildə 25 mindən çox Ermənistan vətəndaşına Rusiya pasportu verilib və bu, ölkədə iqtisadi artımın yüksək olması ilə bağlı bəyanatlara uyğun gəlmir: “Əgər Ermənistanda real iqtisadi artım olsaydı və bunlar hökumət tərəfindən yalnız kağız üzərində yazılmış olmasaydı, bu dərəcədə yüksək miqrasiya və vətəndaşlığın dəyişdirilməsi müşahidə olunmazdı. Nəinki Rusiyaya gedənlər, həmçinin Avropanın müxtəlif şəhərlərinə köçənlərin sayı artıb. Mən hesab edirəm ki, miqrasiya Ermənistanın milli təhlükəsizliyi üçün ciddi problemə çevrilib”.

Şərh yaz


Məxfi kod
Yenilə