Bazar, 11 Fevral 2018 23:55

Putin yenə meydan oxudu – Qərb sanksiyalardan bezə bilərmi...

Putin yenə meydan oxudu – Qərb sanksiyalardan bezə bilərmi...

“Ümid edirəm ki, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların tətbiqindən bezəcək”. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Sənaye və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı söyləyib.

 

“Məncə, bu sanksiyaları tətbiq edənlər axırda özləri bezəcəklər. Ümid edirəm ki, bundan sonra normal münasibətləri bərpa edəcəyik”, – deyə o, bildirib.

 

Siyasi ekspertlər Rusiya rəhbərinin dediklərinin təsadüf olmadığını vurğulamaqla yanaşı, bunun bir sıra səbəblərinin olduğunu bildirirlər.

 

4 ildir sanksiyalar altında qalan bir ölkənin duruş gətirməsinin, hətta dünyaya meydan oxumasının həmin ölkənin rəhbərinin bu cür danışmasına səbəb olduğu göz önündədir.

 

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda qətiyyətsiz olduğu da müzakirələr sırasındadır. Kreml sahibinin bundan istifadə edib, gələn ay ölkəsində keçiriləcək prezident seçkilərində bundan təbliğat vasitələrindən biri kimi istifadə etdiyi deyilir. (musavat.com)

 

Şərh yaz


Məxfi kod
Yenilə