Bazar, 11 Fevral 2018 12:22

Saakaşvilini Polşaya deportasiya etmək istəyirlər

Saakaşvilini Polşaya deportasiya etmək istəyirlər

Ukraynanın İmmiqrasiya Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin Polşaya deportasiya edilməsi barədə qərar çıxarıb.


"Report" xəbər verir ki, bu barədə o, "Rustavi-2" telekanalına müsahibəsində bildirib.


Bununla yanaşı, Saakaşvili qeyd edib ki, Kiyev hakimiyyətinin qərarına baxmayaraq o, Ukrayna hökumətinin dəyişdirilməsi uğrunda dinc mübarizəni davam etdirəcək. Saakaşvili Rusiya rəhbərliyini Ukrayna və Gürcüstanın fəlakətlərinin səbəbkarı adlandırıb.


Eyni zamanda keçmiş prezident əvvəlki gürcü hökumətinin fəaliyyətini qiymətləndirməsi barədə suala cavabında bildirib ki, Gürcüstanda əsrdən çox mövcud olan dövlət quruluşunun mövcudluğuna görə məsuliyyət daşıyır.


Saakaşvilinin sözlərinə görə, hazırkı gürcü dövləti dağılır və bütün gürcülər bu haqda düşünməyə məcburdur.

 

Şərh yaz


Məxfi kod
Yenilə