Bazar ertəsi, 22 Yanvar 2018 16:29

Peskov: "Suriya və Türkiyə ilə təmasdayıq"

Peskov: "Suriya və Türkiyə ilə təmasdayıq"

"Rusiya Türkiyənin Afrindəki hərbi əməliyyatını diqqətdə saxlayır. Moskva Suriya və Türkiyə nümayəndələri ilə təmasdadır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. o, əvvəlki kimi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını əsas hesab etdiklərini söyləyib: "Sözsüz ki, Afrin rayonunda baş verənlərlə əlaqədar humanitar vəziyyəti də diqqətlə izləyirik".

D. Peskov Moskvanın Türkiyə Hərbi Qüvvələrinin əməliyyatı ilə bağlı əvvəlcədən xəbərdar olunması haqda suala isə cavab verməyib.

Şərh yaz


Məxfi kod
Yenilə