Bazar ertəsi, 15 Yanvar 2018 22:03

Lavrov: 2018-də nüvə anlaşmasının qorunması Rusiyanın prioritetidir

Lavrov: 2018-də nüvə anlaşmasının qorunması Rusiyanın prioritetidir

Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü yerli və xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib: ABŞ öz ultimatumlarını diktə etmək ardıncadır və dünya çoxqütblülüyü qəbul etmir.

Sergey Lavrov deyib: Moskva nüvə anlaşmasının qorunması istiqamətində çalışacaq. Nüvə anlaşmasının qorunması Rusiyanın 2018-dəki prioritetidir. Vaşinqtonun İranın nüvə anlaşması haqda son açıqlamaları nikbinliyi artırmır. Trampın açıqlamasının məqsədi nüvə anlaşmasını məhv etməkdir.

Rusiya xarici işlər naziri həmçinin deyib: İranın raket inkişafı ilə əlaqədar fəaliyyətlər danışıqlar üçün mövzu ola bilməz.

Rus nazir əlavə edib: ABŞ dünyanın başqa yerlərində öz qanunlarını icra etmək üçün sərhədlərdən kənar prinsiplərdən istifadə edir. Birləşmiş Ştatlar beynəlxalq səhnədə qeyri-qanuni addımlara əl atır. Rolunun zəiflədiyini hiss etdiyi zamanda, planlarının yaxşı qarşılanmadığını hiss etdiyi zamanda sanksiya siyasətinə üz tutur.

Rusiya xarici işlər naziri bildirib: Tramp hökuməti beynəlxalq səhnədə Obama hökumətindən daha sərt şəkildə addım atır.

Lavrov deyib: Soçi konfransı vasitəsi ilə siyasi saziş çərçivəsində suriyalı tərəflərin mənafeləri arasında həmrəylik yaratmağa çalışırıq.

Lavrovun sözlərinə görə, Donald Tramp da ABŞ-ın sabiq prezidenti Barak Obama kimi Suriyada quruluşun dəyişilməsi ardıncadır. Biz hələ də Birləşmiş Ştatlar hökumətinin Suriyada quruluşu dəyişilməsini istədiyinin və Suriyanın ərazi bütövlüyünün qorunmasını istəmədiyinin şahidiyik.

Rusiya xarici işlər naziri bildirib: Suriyada ordu hələ də Şərqi Qutədə Dəməşq əleyhinə yaraqlıları geri oturtmaq üçün aktiv olmağa məcburdur.

Şərh yaz


Məxfi kod
Yenilə