Çərşənbə, 10 Yanvar 2018 21:57

Rusiya Suriyadakı bazalarına hücum edən PUA-ların fotoşəkillərini paylaşdı

Rusiya Suriyadakı bazalarına hücum edən PUA-ların fotoşəkillərini paylaşdı

Rusiyanın Müdafiə Nazirliyi yanvarın 6-sı gecə saatlarında terrorçuların Rusiyanın Suriyadakı Hmeymim və Tartus bazalarına təşkil etdiyi hücumda istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) yeni fotoşəkillərini dərc edib.

 “Sputnik” xəbər verir ki, nazirlik istifadə edilən PUA-ların İdlibdəki münaqişəsiz bölgələrindən göndərildiyini qeyd edib.

PUA-ların hazırlanması üçün texnoloji baxımdan digər bir ölkənin köməkliyindən istifadə oluna biləcəyini istisna etməyən nazirlik, bu cür hücumların dünyanın hər yerində baş verəcəyi barədə xəbərdarlıq edib.

Şərh yaz


Məxfi kod
Yenilə