Rusiyanın Müdafiə Nazirliyi yanvarın 6-sı gecə saatlarında terrorçuların Rusiyanın Suriyadakı Hmeymim və Tartus bazalarına təşkil etdiyi hücumda istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) yeni fotoşəkillərini dərc edib.
“Sputnik” xəbər verir ki, nazirlik istifadə edilən PUA-ların İdlibdəki münaqişəsiz bölgələrindən göndərildiyini qeyd edib.
PUA-ların hazırlanması üçün texnoloji baxımdan digər bir ölkənin köməkliyindən istifadə oluna biləcəyini istisna etməyən nazirlik, bu cür hücumların dünyanın hər yerində baş verəcəyi barədə xəbərdarlıq edib.