Çərşənbə, 10 Yanvar 2018 16:25

Rusiya BMT TŞ-nin ABŞ-ın Suriyanın Rəqqə vilayətindəki rəftarlarına müdaxilə etməsini istəyib

Rusiya BMT TŞ-nin ABŞ-ın Suriyanın Rəqqə vilayətindəki rəftarlarına müdaxilə etməsini istəyib

Rusiyanın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının Suriyanın Rəqqə şəhərindəki humanitar duruma müdaxilə etməsi və bu şəhərin İŞİD-in işğalından azad edilməsindən sonra ABŞ-ın Rəqqədəki rəftarları barədə ölçü götürməsini istəyib.

İTAR TASS-ın verdiyi məlumata görə, Vasili Nebeziya çərşənbə axşamı Təhlükəsizlik Şurasının Rusiyanın istəyi ilə Rəqqə ilə bağlı təşkil etdiyi qapalı iclasından öncə deyib: Biz Suriyanın Rəqqə şəhərinin faciə həddinə çatmış insani durumu barədə müzakirə aparmaq istəyirik. Çünki, hamı bu şəhərdə yaşananlara çox soyuqqanlı yanaşır.

Nebeziya həmçinin deyib: ABŞ hərbçiləri İŞİD ilə mübarizə adı altında Rəqqə şəhərini viran ediblər və hazırda şəhər tamamilə partlayıcı maddələr və ölmüş insanların cəsədləri ilə doludur. Şəhərdə su və elektrik enerjisi yoxdur. Şəhər heç bir səhiyyə imkanına da malik deyil.

Rusiyanın BMT-dəki nümayəndəsi ABŞ və müttəfiqlərinin Rəqqədəki hərbi əməliyyatlarının dəhşətli nəticələrini gizlətməyə çalışdıqlarını da deyib.

Suriya hökuməti də BMT baş katibinə məktub göndərərək, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Rəqqə şəhərini qan gölünə çevirdikləri barədə xəbərdarlıq edib.

Suriya ordusu 17 oktyabr 2017-ci ildə İŞİD-i Rəqqə şəhərinin cənub və qərb məntəqələrindən qovaraq, bu məntəqələrə nəzarəti ələ keçirib.

Şərh yaz


Məxfi kod
Yenilə