Cümə axşamı, 14 Dekabr 2017 17:55

Putin ölkəsinin ABŞ-la əməkdaşlıq edə biləcəyi istiqaməti açıqlayıb

Putin ölkəsinin ABŞ-la əməkdaşlıq edə biləcəyi istiqaməti açıqlayıb

Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la əməkdaşlıq edə biləcəyi istiqaməti açıqlayıb.

 

 

APA-nın məlumatına görə, o, Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Əfqanıstan ərazisindən gələn təhlükələrin qarşının alınmasında ABŞ-la əməkdaşlıq edə bilər.

 

Onun sözlərinə görə, bura narkotik qaçaqmalçılığı və beynəlxalq terrorizm daxildir.

 

*  * *

 

 

“Saakaşvilinin elədikləri gürcü və Ukrayna xalqlarının üzünə tüpürməkdir. O, Gürcüstanın prezidenti olub, indi bütün dünyaya ukraynalı olduğunu deyir. Məgər Ukraynada əsl ukraynalı yoxdur? Buna baxmaq çox ağrılıdır”, - Putin bildirib.

 

Putin daha sonra qeyd edib ki, ruslar və ukraynalılar eyni xalqdır: “Siz bununla razılaşmaya bilərsiniz. Bir zamanlar ukraynalı rusdan heç nə ilə fərqlənməyib. Ukraynaya bütün əraziləri bolşeviklər verib. Sonda Krım da onlara verilib. Sovet hökuməti hədər yerə Krımı Ukraynaya verib, amma krımlılar öz seçimini edib və burada müzakirə ediləsi heç nə yoxdur”.

 

 

* * *

 

"Donbasda Rusiya Ordusu yoxdur. Orada regiona istənilən irimiqyaslı müdaxiləni dəf etməyə hazır olan milis birləşmələri var".

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

V. Putin Donbasdakı vəziyyəti Serebrenitsa ilə müqayisə edib: "Milis birləşmələrinin müqaviməti olmasa, Ukrayna Ordusu Bosniyanın Serebrenitsa şəhərində olduğu kimi, Donbasda qətliamlar törədər".

 

Donbas münaqişəsində əsir düşənlərin dəyişdirilməsi məsələsinə toxunan Rusiya lideri qeyd edib ki, bu proses Ukrayna tərəfinin siyahını dəyişdirməsi səbəbindən baş tutmayıb: "Heç olmasa, gəlin bu məsələni Yeni il qabağı həll edək".

 

Putin rəsmi Kiyevi "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" ilə vasitəçilərsiz danışıqlar aparmağa çağırıb: "Kiyev Donbasla birbaşa danışmalıdır. Təəssüf ki, Kiyev birbaşa təmaslardan qaçır. Belə məsələlər vasitəçilərlə həll olunmur".

 

 

* * *

 

 

“Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”.

 

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında “Associated Press” müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandırarkən deyib.

 

O hesab edir ki, Pxenyanı silah sazişindən çıxmağa Qərb vadar edib: “Liviya və İraq məsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür və müdafiə olunur. ABŞ təlim keçirməyəcəyini vəd etsə də, sözünün üstündə durmayıb. Bundan sonra Pxenyan raketlərin sınağını keçirib”.

 

Putin onu da qeyd edib ki, ABŞ hakimiyyəti Rusiya, Şimali Koreya və İranı eyni sırada görür, eyni zamanda Moskvadan Pxenyan və Tehranla bağlı problemlərin həllini tələb edir: “Ümumiyyətlə, siz, normal insanlarsınız?”.

 

 

 

* * *

 

 

 

“Trampa qiyməti mən verməməliyəm”.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

O bildirib ki, Trampa amerikalılar qiymət verməlidir. “Həm də investorlar ABŞ-a etibar edirlər, bu isə vacib göstəricidir”, - deyə o vurğulayıb.

 

Putin ümidvar olduğunu bildirib ki, Trampın hələ də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyəti qalır. O qeyd edib ki, Ağ evin rəhbəri Moskva ilə əməkdaşlıq etmək istəyib və bunu seçkiöncəsi kampaniyası zamanı dəfələrlə bəyan edib. Bununla yanaşı, Rusiya prezidenti deyib ki, Tramp seçkiöncəsi vədlərini, o cümlədən Rusiya ilə bağlı vədlərini yerinə yetirə bilmir. Onun sözlərinə görə, buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir.

 

Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsinə gəldikdə isə Putin bu məsələnin uydurulduğunu bildirib: “Bəyəm, istənilən təmasları qadağan etmək lazımdır? Hər şeydən “xəfiyyəlik” yaratmaq olmaz”.

 

“Russian Today” telekanalı və “Sputnik” agentliyi ilə bağlı yaranmış vəziyyətə gəldikdə isə Rusiya prezidenti bildirib ki, sözügedən media qurumları Vaşinqton üçün təhlükəli görünür.

 

“ABŞ KİV-nin böyük həcmdə reklamları olsa da, məhdudiyyətlər Rusiya KİV-nə tətbiq olunur”, - deyə o vurğulayıb.

 

 

* * *

 

 

“ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır”.

 

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

“Biz, Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır”, - deyə o vurğulayıb.

 

Bununla belə, Putin Rusiyanın analoji addım atmaq niyyətində olmadığını qeyd edib.

 

 

* * *

 

Rusiya Prezidenti Vladimir Putinin 13-cü illik mətbuat konfransı başlayıb.

 

Axar.az xəbər verir ki, Putinin builki mətbuat konfransına 1640 jurnalist qatılıb. Konfransına gələnlər arasında məşhur teleaparıcı Kseniya Sobçak da var.

 

Prezidentliyə namizəd olacağını açıqlayan Sobçak mətbuat konfransını jurnalist kimi izləməyə gəldiyini bildirib.

 

***

 

Putin yenidən prezident olmaq istəməsinin səbəblərini açıqlayıb.

 

“Mən dəfələrlə demişəm ki, Rusiyanı necə görmək istəyirəm. İstəyirəm ki, Rusiyanı müasir, çevik siyasi sistemə malik olsun. Sosial sferaya diqqəti artırmaq, rusiyalıların gəlirlərini çoxaltmaq niyyətindəyəm”.

 

Qeyd edək ki, Putinin mətbuat konfransları 2001-ci ildən bu yana müxtəlif fasilərlə keçirilir.

 

Şərh yaz


Məxfi kod
Yenilə