Bazar ertəsi, 11 Dekabr 2017 22:39

Putin: “Trampın Qüds qərarı münaqişəni alovlandıra bilər”

Putin: “Trampın Qüds qərarı münaqişəni alovlandıra bilər”

Rusiyanın prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması qərarının konstruktiv olmadığını və münaqişənin fitilini alovlandıra biləcəyini deyib.

 Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Qahirədə Əbdül-Fəttah Əs-Sisi ilə təkbətək görüşündən sonra, keçirilən birgə mətbuat konfransında danışan Putin belə danışıb: “Ölkələrimiz Qüdsün statusu da daxil olmaqla bütün ixtilaflı məsələlərdə Fələstin və İsrail arasında birbaşa dialoqun ən qısa müddətdə yenidən başlamasının tərəfdarıdır. Hər iki tərəfin mənafeləri ilə üst-üstə düşən uzunmüddətli və ədalətli müqavilələrə ehtiyac var. Əlbəttə, bu müqavilələr beynəlxalq cəmiyyətin əvvəllər verdiyi qərarlara tabe olmağa məcburdur”.

 

Putin Rusiyanın BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı əvvəllər qəbul olunmuş bütün qərarlarını dəstəklədiyini də deyib: “Fələstin və İsrail rejimi arasında dialoqu nəzərdə tutmayan istənilən addım həllə töhvə verməyəcək, əksinə, qarşıdurmanı təşviq edəcək”.

Şərh yaz


Məxfi kod
Yenilə