Bazar ertəsi, 11 Dekabr 2017 16:17

Rusiyadan AŞ açıqlaması: Avropasız olmaz!

Rusiyadan AŞ açıqlaması: Avropasız olmaz!

Rusiya Avropa Şurasından çıxmayacaq.

Axar.az xəbər verir ki, bunu RBK televiziyasına müsahibəsində Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko söyləyib. Onun sözlərinə görə, Rusiya öz gələcəyini Avropadan kənarda görmür:

 “Rusiyanın Avropa Şurasından çıxması məsələsi gündəmdə deyil. Biz gələcəyimizi Avropasız görmürük. Bununla belə, AŞPA-dakı böhranlı vəziyyəti düzəltmək lazımdır. Bunu artıq AŞPA rəhbərliyi də anlayır”.

Qeyd edək ki, Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edilib.

Şərh yaz


Məxfi kod
Yenilə