Şənbə, 09 Dekabr 2017 22:29

Yuliya Timoşenko: "Ukraynanı dünyanın gözü qarşısında biabır edirlər"

Yuliya Timoşenko: "Ukraynanı dünyanın gözü qarşısında biabır edirlər"

"Batkivşina" partiyasının lideri Yuliya Timoşenko bildirib ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonun göstərişi ilə saxlanılıb.

 Virtualaz.org bildirir ki, bu barədə o öz “feysbuk” səhifəsində yazıb.

 "Mən anlayıram ki, Mixail Saakaşvilini baş prokuror, məhkəmə, yaxud istənilən başqa hüquq-mühafizə strukturu həbs etməyib. Onu məhz siz həbs etdirdiniz", — deyə Timoşenko vurğulayıb.

 O, Ukrayna prezidentindən "verdiyi bütün komandaların ləğvini və Saakaşvilinin dərhal azadlığa buraxılmasını” tələb edib. O, Poroşenkonu həmçinin "Ukraynanı bütün xalqın və dünyanın gözündə biabır etməməyə" çağırıb.

Şərh yaz


Məxfi kod
Yenilə