Şənbə, 18 Noyabr 2017 11:47

Nazarbayev: Xəzər dənizindəki neft yataqlarının istismarı mühüm və gəlirlidir

Nazarbayev: Xəzər dənizindəki neft yataqlarının istismarı mühüm və gəlirlidir

Qazaxıstan prezidenti Xəzər dənizində neft yataqlarının istismarı ilə bağlı layihələri mühüm və gəlirli adlandırıb.

Qazaxıstanın dövlət xəbər agentliyi KAZİNFORM-un verdiyi məlumata görə, bu ölkə prezidenti Nursultan Nazarbayev Britaniya-Hollandiya şirkəti olan "Royal Daç Şel" şirkətinin icraçı müdiri ilə görüşdə "Kaşağan" və "Qujarahqanaq" neft yataqlarının istismarı layihələrini son dərəcə önəmli və ölkəsi üçün gəlirli adlandırıb. 

Royal Daç Şel şirkəti hal hazırda Qazaxıstanda Kaşağan, Qujarahqanaq və Jemçujna kimi mühüm neft layihələrinin icrasında iştirak edir. 

Kaşağan və Jemçujna yataqlarının neft ehtiyatı müvafiq olaraq 6 milyard ton və 100 milyon tondur. Qujarahqanaq yatağındakı neft ehtiyatı isə 1.2 milyard ton proqnoz edilib. Bu yataqda həmçinin, 1.35 trilyon kubmetr təbii qazın olduğu deyilir. 

Royal Daç Şel şirkəti indiyə kimi Qazaxıstanın neft layihələrinə 3 milyard dollar sərmayə qoyub. 

Şərh yaz


Məxfi kod
Yenilə