Cümə, 17 Noyabr 2017 07:56

Qazaxəstanda terrorizm ilə əlaqəli olan 11 nəfər həbs edilib

Qazaxəstanda terrorizm ilə əlaqəli olan 11 nəfər həbs edilib

Qazaxıstanda sosial şəbəkələrdə İŞİD terror qrupunu təbliğ etmək ittihamı ilə 11 vətəndaş həbs edilib.

İRNA-nın verdiyi məlumata görə, terrorçular üçün təbliğat aparanlar cənubi Qazaxıstan vilayətində milli təhlükəsizlik komitəsinin əməliyyatı nəticəsində müəyyənləşdirilərək həbs ediliblər. 

Sayram və Şimkənd rayonlarının sakinləri olan müttəhimlər sosial şəbəkələrdə, Vatsap və Teleqramda İŞİD terror qrupunun düşüncələrini təbliğ edibmişlər. 

İfratçılıq düşüncəsi 400-dən çox istifadəçiyə təbliğ edilibmiş. 

Qazaxıstan terrorçu qruplarla mübarizə sahəsində fəal ölkələr sırasındadır. 

Qazaxıstan prezidentinin fərmanı əsasında 2013-2017-ci illərdə terrorizm və ifratçılıq ilə mübarizə üzrə dövlət proqramı həyata keçirilib. 

Şərh yaz


Məxfi kod
Yenilə