Cümə axşamı, 16 Noyabr 2017 14:33

Rusiyanın Təqaüd Fondu tükəndi - Kudrin

Rusiyanın Təqaüd Fondu tükəndi - Kudrin

Rusiya hökuməti əhalini təqaüdlər təmin edəcək resursları dağıdıb.

 Axar.az xəbər verir ki, bunu “Arqumenti i Faktı” qəzetinə müsahibəsində Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, təqaüdlərin ödənməsi üçün təqaüd yaşının artırılması hazırda Rusiya üçün çox vacibdir:

 “Təqaüd Fondunda vəsaitlərin defisiti müşahidə olunur. Açığını desəm, burada heç bir vəsait qalmayıb. Hazırda hökumət çalışan təqaüdçülərə ödənişlərin edilməsinin məhdudlaşdırılmasını düşünür. Vergilərin artırılması da gündəmdədir. Təqaüdün indiki səviyyəsi üçün hökumət təhsil, səhiyyə, infrastrukturun inkişafı sferalarına investisiyalardan imtina etməlidir”.

Şərh yaz


Məxfi kod
Yenilə