Cümə axşamı, 16 Noyabr 2017 11:39

Putin separatçı liderlərə zəng etdi – İlk dəfə

Putin separatçı liderlərə zəng etdi – İlk dəfə

Rusiya Prezidenti Vladimir Putin Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko və Luqansk separatçılarının rəhbəri İqor Plotnitskiyə zəng edib.

 

Axar.az xəbrə verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, telefon danışığı zamanı əsas müzakirə mövzusu Ukrayna ilə separatçı rejimlər arasında əsirlərin dəyişdirilməsi məsələsi olub. O, Putinin bu məsələni dəstəklədiyini bildirib.

 

Qeyd edək ki, bu, Putinin separatçı rejimlərin liderləri ilə ilk telefon danışığıdır. Rusiya lideri əsirlərin qaytarılması ilə bağlı ötən gün “Ukraynanın seçimi – Xalqın hüququ” ictimai hərəkatının lideri Viktor Medvedçukun təklifini dəstəklədiyini və separatçı liderlərlə şəxsən danışacağını açıqlamışdı.

Şərh yaz


Məxfi kod
Yenilə