Çərşənbə, 15 Noyabr 2017 16:30

Ermənistan parlamenti binası qarşısında tələbələrlə polis arasında toqquşma olub

Ermənistan parlamenti binası qarşısında tələbələrlə polis arasında toqquşma olub

Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, parlament binasına tərəfinə irəliləyən etirazçılar yolu bağlayıblar.

İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb. Polis əməkdaşları onları hadisə yerindən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər və nəticədə toqquşma baş verib.

Şərh yaz


Məxfi kod
Yenilə