Cümə axşamı, 19 Oktyabr 2017 12:57

Ukraynada etirazçılar saxlanılıblar

Ukraynada etirazçılar saxlanılıblar

Ukrayna təhlükəsizlik qüvvələri Kiyevdə parlament binası qarşısına toplaşanların çadırlarına hücum edib, 8 nəfəri saxlayıb.

İRNA-nın verdiyi məlumata görə, hökumət müxalifləri parlament üzvlərinin məhkəmə toxunulmazlığının ləğvi, yeni seçki qanununun qəbul edilməsi və hökumətdə korrupsiyaya baxılması üçün məhkəmənin yaradılması tələbi ilə oturaq aksiya keçirirlər. 

Müxalifətdə olan fəallar çərşənbə axşamı günündən etibarən Ukrayna parlamenti binası qarşısında çadırlar quraraq oturaq aksiya keçirir. 

Ukraynada hökumətin geniş miqyasda korrupsiyaya qurşanması və bunun geniş xalq narazılığına səbəb olması beynəlxalq təşkilatlar və Petro Poroşenkonun himayədarı olan qərb dövlətlərini də nigaran edir. 

Şərh yaz


Məxfi kod
Yenilə