Cümə axşamı, 19 Oktyabr 2017 12:50

Sionist rejimin nümayəndəsi Sankt-Peterburq iclasından qovulub

Sionist rejimin nümayəndəsi Sankt-Peterburq iclasından qovulub

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən parlamentlər arası birliyin iclası İran İslam Respublikasının təklifini qəbul edərək öz işinə yekun vurub.

Parlamentlərarası birliyin 171-ci iclası sionist rejimin parlament heyətinin birliyin ümumi sessiysından qovulması ilə yadda qalıb. 

Küveytin palament sədri Mərzuq Əl-Qanim dünən sionist rejimin parlament sədrinin İsraildə həbsdə saxlanılan fələstinlilər barədə iddialarının yalan olduğunu bildirərək onu işğalçı və uşaq qatili xitab edib. 

Əl-Qanim sionist rejim palamentinin sədrinin bəyanatına reaksiyada deyib: Bu işğalçı rejimin parlamentinin nümayəndəsinin sözləri "haya olmasa adam hər iş görər" deyiminin nümunəsidir. 

Küveytli rəsmi sionist rejim nümayəndəsinin sözlərinin beynəlxalq terrorizmi özündə əks etdirdiyini deyib. 

Mərzuq Qanim İsrail heyətinə xitabən deyib: Sən dünyanın şərəfli palamentlərinin sənə olan münasibətini gördükdə çantanı götürüb zalı tərk etməlisən. Zərrə qədər şərəfin varsa elə indicə zaldan çıx ay işğalçı! ay uşaq qatili! 

Küveytin parlament sədrinin sərt bəyanatından və bəzi ərəb heyətlərinin vasitəçi düşməsindən sonra iştirakçılar  Küveytin parlament sədrinin təşəbbüsünu alqışlayıblar və sionist heyət zalı tərk etməli olub. 

Şərh yaz


Məxfi kod
Yenilə