Çərşənbə, 18 Oktyabr 2017 16:25

Serj Sarkisyan: “İlham Əliyevlə bizim Qarabağ probleminin həlli üçün variantımız yoxdur”

Serj Sarkisyan: “İlham Əliyevlə bizim Qarabağ probleminin həlli üçün variantımız yoxdur”

Azərbaycan prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan deyib: “İlham Əliyevlə bizim Qarabağ probleminin həlli üçün variantımız yoxdur”

İRİB-in Virtualaz internet portalına istinadən verdiyi məlumata görə, 

Azərbaycan prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətlərin nəticələri barədə danışıb: "problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın. Deməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bunda çox maraqlıyıq”, - Ermənistan prezidenti deyib.

Şərh yaz


Məxfi kod
Yenilə